BQXK nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər

BQXK nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri mayın 7-də Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova SİA-ya açıqlamasında bildirib ki, hərbi əsirə iki "Qızıl xaç məktubu" çatdırılıb, ondan isə bir "Qızıl xaç məktubu" götürülüb.

Qeyd edək ki, hazırda Ermənistanda əsirlikdə Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğludur. O, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə