Millət vəkili Qənirə Paşayeva Almaniyaya səfər edib

Millət vəkili Qənirə Paşayeva Avropa Türk-İslam Birliyinin 20-ci qurultayında iştirak etmək üçün Almaniyaya səfər edib. SİA-nın məlumatına görə, Qənirə Paşayeva Almaniyanın Köln şəhərində keçiriləcək Avropa Türk-İslam Birliyinin 20-ci qurultayında iştirak edəcək. Millət vəkili qurultayda geniş məruzə ilə çıxış edəcək, eyni zamanda tədbir iştirakçılarının suallarını da cavablandıracaq. Avropa Türk-İslam Birliyinin 20-ci qurultayı Türk-İslam Mədəni Assosiasiyalar İttifaqı tərəfindən təşkil edilir.

Bundan başqa millət vəkili Qənirə Paşayevanın səfər çərçivəsində bu ölkənin bəzi rəsmi şəxsləri, yerli dövlət qurumları, tanınmış qeyri-hökumət təşkilatları, mətbuat və media nümayəndələri və Almaniyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri ilə görüşləri olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə