Azərbaycan prezidenti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. SİA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevə ehtiramını bildirib, məzarı önünə əklil qoyub.

Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb. Prezidentlə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Bunun ardınca paytaxt sakinlərinin ziyarəti başlayıb. Ziyarət axşam saatlarına qədər davam edəcək.

Qeyd edək ki, bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində Heydər Əliyevin anadan olmasının 89 illiyi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...