Elmar Məmmədyarov bu gün Misirə gedəcək

Elmar Məmmədyarov bu gün Misirə gedəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etmək məqsədi ilə cari ilin 9-10 may tarixlərində Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərinə işgüzar səfər edəcək.

XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir E.Məmmədyarovun qeyd olunan iclasda iştirakı çərçivəsində çıxış edəcəyi və ikitərəfli görüşlər keçirəcəyi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə