Vitse-spiker: “Azərbaycanla Ermənistanı qətiyyən müqayisə etmək olmaz” - MÜNASİBƏT

Vitse-spiker: “Azərbaycanla Ermənistanı qətiyyən müqayisə etmək olmaz” - MÜNASİBƏT
İnanıram ki, Ermənistan müxalifətinin özü, azad seçki hüququnu reallaşdıra bilməyən erməni vətəndaşı ilk növbədə öz sözünü deyəcək. Bunu SəsTV-yə açıqlamasında millət vəkili Bahar Muradova deyib.


Parlamentin vitse-spikerinin sözlərinə görə, burada müxtəlif faktorlar mövcuddur: "Bu ikili standartları biz hər zaman hiss etmişik və söyləmişik. Azərbaycanın Ermənistana münasibətində həmin faktorlar mühüm rol oynayır. Çox təəssüf ki, bu ayrı-ayrı dövlətlərin münasibətində həm də beynəlxalq təşkilatların ən müxtəlif səpkili tədbirləri, o cümlədən seçkilərə və onun nəticələrinə olan münasibətində özünü daha aydın göstərir. Bununla belə Ermənistanda baş verən saxtakarlıq halları, seçki prosesi zamanı olan nöqsanları, xalqın narazılığını gizlətmək mümkün deyil. Ermənistan müxalifəti ilk olaraq bunu bəyan edib. Eyni zamanda bir sıra müşahidəçilər də bunu qeyd ediblər. Həmçinin ATƏT-in ilk rəyində bu nöqsanlar öz yerini alıb".


B.Muradovanın fikrincə, bu ilkin rəydir: "Daha dəqiq və konkret rəy müəyyən müddətdən sonra açıqlanacaq. Belə ki, bu məsələ həm ATƏT-in rəhbər qurumlarında, həm də Parlament Assambleyasında müzakirə olunacaq. Bununla belə Azərbaycan öz tutduğu, müəyyəndləşdirdiyi yolla gedir. Bu mənada Azərbaycanla Ermənistanı qətiyyən müqayisə etmək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə