FHN Bakıda piyada keçidində aşkarlanan şübhəli bağlama ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi Bakıda piyada keçidində aşkarlanan şübhəli bağlama ilə bağlı məlumat yayıb. FHN-dan SİA-ya verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki piyada keçidində şübhəli əşyanın olması barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, bundan sonra şübhə yaradan torbaya baxış keçirilib. Bağlamada təhlükəli əşya aşkar edilməyib. Əməliyyat saat 19:37-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB