Elman Nəsirli: “Ölkəmizin nailiyyətlərinə, uğurlarına qara yaxmaq istəyən müəyyən qüvvələr var” - MÜNASİBƏT

Elman Nəsirli: “Ölkəmizin nailiyyətlərinə, uğurlarına qara yaxmaq istəyən müəyyən qüvvələr var” - MÜNASİBƏT
Danılmaz faktdır ki, benəlxalq musiqi yarışması - "Avroviziya"nın Azərbaycanda keçirilməsi xarici dövlətlərin böyük marağına səbəb olacaq. Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli bildirib.

Politoloqun sözlərinə görə, bu yarışma Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir: "Təbii ki, belə olan təqdirdə bunu gözü götürməyən, ölkəmizin nailiyyətlərinə, uğrularına qara yaxmaq istəyən müəyyən qüvvələr var. Hesab edirəm ki, xarici ölkərədə ermənipərəst mövqe sərgiləyən siyasi, yad dairələr "Avroviziya" kimi yarışmanı ölkəmizdə keçiriləcəyini anlayaraq jurnalist adı altında erməniləri akkreditasiya edərək ölkəmizə yollamaları buna bir daha bariz sübutdur. Bununla bağlı artıq müəyyən faktlar da var".


Politoloqun fikrincə, bu məsələdə bizlərin də üzərinə böyük məsuliyyət düşür: "Belə ki, akkreditasiya məsələlərində son dərəcə ciddi və ehtiyyatlı olmaq lazımdır ki, belə qüvvələrin jurnalist mandatı adı altında paytaxt Bakı şəhərinə üz tutaraq bu arada təxribatla məşğul olmasına imkan verilməsin. Belə bir hallar istisna deyil əksinə gözləniləndir".

Bütün xəbərlər Facebook səhifəmizdə