Elman Abdullayev: "Ermənistanın işğal siyasəti nəticəsində Cənubi Qafqazda stabillik və təhlükəsizlik təhdid altındadır" - MÖVQE
"Fakt faktlığında qalır ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Bunun nəticəsi olaraq isə 1 milyona yaxın insan qaçqın və məcburi köçkün düşüb, etnik təmizləməyə məruz qalıb". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatına münasibət bildirərkən deyib.
E.Abdullayev qeyd edib ki, Ermənistanın işğal siyasəti nəticəsində Cənubi Qafqazda stabillik və təhlükəsizlik təhdid altındadır. Münaqişənin təhlükəliliyinin hələ də qaldığını deyən mətbuat katibinin sözlərinə görə, bu da həm Cənubi Qafqaz regionu, həm də ona qonşu olan Avropa üçün təhlükəlidir.
"Hesab edirik ki, belə olan halda Minsk qrupu həmsədrləri, açıq bəyanatla Ermənistana öz təzyiqlərini davam etdirməlidirlər ki, onlar Azərbaycanın işğalda saxladıqları ərazilərini tərk etsinlər. Yalnız bundan sonra regionda sülhə nail olmaq, danışıqlar prosesində irəliləyiş əldə etmək mümkündür", - deyə E.Abdullayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB