Baş nazirinin müavini İçərişəhərlə tanış olub

Baş nazirinin müavini İçərişəhərlə tanış olub
Bakıda səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikası Baş nazirinin müavini Rizvan Qazımaqomedovun başçılıq etdiyi nümayəndə heyəti İçərişəhəri gəzintiyə çıxıb. SİA-nın verdiyi xəbərə görə, əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilib.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulan Qız qalası XII əsrdə bərpa edilir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının muzey konservasiyası işlərinə başlanılıb.
Elektromobillə gəzinti zamanı Rizvan Qazımaqomedova UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri ilə tanış olan qonaq daha sonra Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində – "İncəsənət bağı"nda olub.
Gəzinti Orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıqla davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə