Fövqəladə Hallar Nazirliyi Lerikdə su bəndinin dağılması barədə rəsmi məlumat yayıb. SİA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin \"112\" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lerik rayonu, Çayrud kəndində suvarma üçün nəzərdə tutulmuş süni sututarın bəndi dağılıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq qüvvələri hadisə rayonuna cəlb olunmuşlar. Müəyyən olunub ki, təqribən, eni 35 m, uzunluğu 45 m, dərinliyi 5 m olan süni sututarın bəndinin dağılması nəticəsində ciddi fəsad yaranmayıb. Aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB