Müdafiə Nazirliyi ilə NATO-nun ekspert qrupu arasında işçi görüşü keçirilir
Müdafiə Nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən cari ilin 24-27 aprel tarixləri arasında Müdafiə Nazirliyinin mütəxəssisləri ilə NATO Maddi-Texniki Təminat (MTT) üzrə ekspert qrupu arasında işçi görüşü keçirilir.
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycan Respublikası və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (İPAP) MTT üzrə qəbul edilmiş tərəfdaşlıq məqsədlərinin səmərəli həyata keçirilməsinə yardım etməkdən ibarətdir. Tədbir zamanı MTT üzrə prosedurlar, nəzəri və praktiki aspektlər, MTT əməkdaşlıq sahəsi çərçivəsində hərbi təhsil və təlim, əldə edilmiş təcrübələrin qarşılıqlı öyrənilməsi kimi məsələlər üzrə təcrübə mübadiləsi aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB