Əli Əhmədov: \"Bu hələ başlanğıcdır\"

Əli Əhmədov: \"Bu hələ başlanğıcdır\"

\"Kolumbiya Senatının Xocalı soyqırımını tanıması bu prosesin başlanğıcıdır\". SİA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, rəsmi Bakı Kolumbiya Senatının Xocalı soyqırımını tanımasını müsbət qiymətləndirir: "İstənilən haqsızlığa qarşı bəşəriyyət, ayrı-ayrı xalqlar öz haqq səslərini ucaltmalıdırlar. Məmnunluqla qeyd edim ki, artıq Xocalı soyqırımı ilə əlaqədar dünyanın bir çox ölkələrində müvafiq sənədlər qəbul olunur. Düşünürəm ki, bu hələ başlanğıcdır. Bunun ardınca digər ölkələrdə də belə qətnamələrin qəbul olunacağına inanıram".


Ə.Əhmədov qeyd edib ki, eyni zamanda Azərbaycan cəmiyyəti və bütövlükdə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da bu istiqamətdə səylərini artırmalıdır: "Əgər yalan və böhtan üzərində qurulan hər hansı ideologiya yüz il ərzində yaşayıbsa və onu yaşada biliblərsə, o zaman həqiqətən yaxın bir zamanda baş vermiş faciənin dünya ictimaiyyəti tərəfindən əsl faciə kimi qəbul olunmaması yolverilməz hal olardı. Artıq bəşəriyyət bu reallığı dərk edir və bunun əyani sübutu Kolumbiya Senatının qəbul etdiyi qərardır", - deyə icra katibi sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə