Əli Həsənov: “Dünya birliyi iradəsini toplayıb Ermənistana təzyiq göstərməlidir” - MÖVQE
"Beynəlxalq birlik işğalçı Ermənistana qarşı tədbir görməlidir. Azərbaycan bu zərurəti hər dəfə dünyaya xatırlatmır, çünki dünya bunu bilir". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Onun sözlərinə görə, dünya birliyi iradəsini toplayaraq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirmək istiqamətində Ermənistana təzyiq göstərməsini formalaşdırmalıdır: "Dünya birliyi bilir ki, Azərbaycan haqlıdır, Ermənistan Azərbaycan ərazilərini işğal edib və beynəlxalq aləmə meydan oxumaqda davam edir. Lakin Ermənistana əməli təzyiq və təsir göstərən iradəyə rast gəlinmir".
PA rəsmisi vurğulayıb ki, Avropa Parlamentində Ermənistanın işğalçı siyasətini tənqid edən qətnamənin qəbul olunması Azərbaycana bu ölkənin işğalçı dövlət olmasını yenidən sübut etmək məcburiyyətində qalmaması üstünlüyünü verir: "Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib, 1 milyondan çox əhalisini didərgin salıb. Ermənistan 20 ildir işğalçılıq siyasətilə dünyaya meydan oxuyur və BMT Təhülkəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB