Bu gündən Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayıb. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 27-dək davam edəcək sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev,
Aydın Abbasov, Elxan Süleymanov, Rafael Hüseynov, Sabir Hacıyev, Sahibə
Qafarova və Fazil Mustafa daxildirlər. Sessiyada
Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın yeni
vitse-prezidentləri seçiləcək, ərəb baharının təsirləri, Suriyadakı vəziyyət,
Avropa İnsan Haqları Məhkəməsinin gələcəyi, ifadə və məlumat azadlığının
qorunması, Şimali Qafqazda məcburi köçkünlərin vəziyyəti, Aralıq dənizində
insan ölümləri və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB