Gəncədə yeni “Gənclər evi” tikiləcək

Gəncədə yeni “Gənclər evi” tikiləcək
Gəncədə yeni "Gənclər evi"nin tikintisinə başlanılıb. SİA-nın verdiyi xəbərə görə, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mikayıl Zeynalov deyib ki, bunun üçün Yeni Gəncə yaşayış massivində beş hektar yer ayrılıb. Dördmərtəbəli "Gənclər evi"ndə müxtəlif dərnəklər açılacaq, konfrans, idman zalları olacaq. Burada həmçinin mehmanxananın açılması da nəzərdə tutulub. İdarə rəisi bildirib ki, tikintisinin bir il müddətində başa çatırılması planlaşdırılan "Gənclər evi"nin ərazisində gənclər kafesi və stadion da inşa ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə