Pünhan Mürsəliyev: \"Qaraçay körpüsünün bərpasına qədər alternativ yolun çəkilişləri tamamlanır\"

Pünhan Mürsəliyev: \"Qaraçay körpüsünün bərpasına qədər alternativ yolun çəkilişləri tamamlanır\"

"Bakı-Quba Rusiya Federasiyası yolunun 157-ci km-də, Quba rayonun Nügədi Qazmalar kəndi ərazisində uçan Qaraçay körpüsünün bərpasına qədər alternativ yolun çəkilişlərinə başlanılıb". Bunu SİA-ya "Azəryolservis"ASC-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, ərazidə aparılan təmir tikinti işləri hazırkı sürətlə davam edərsə, o zaman yol axşam saatlarına kimi hazır ola bilər. "Tikinti işlərinə 30 ağır texnika və 50 canlı qüvvə cəlb edilib. Yeni yol istismara verilməzdən əvvəl burada yoxlama işləri aparılacaq. Bunula yanaşı hazırda Qusar-Rusiya sərhəd yoluna, Xaçmazın kəndlərinə getmək istəyən sürücülərə alternativ yol kimi Gəndob - Yalama yolundan, Quba istiqamətində getmək istəyənlərə isə Pirvahid kəndindən keçməklə getmək məsləhət görülür".

Nazirlik rəsmisi alternativ yolun çəkilməsilə paralel uçan körpünün də detallarının sökülməsinə başlanıldığını bildirdi: "Hazırda üçan körpünün beton pilitələri ərazidən təmizlənir. Yeni körpünün salınmasının isə aparılan hazırlıq işlərinin tam yekunlaşmasından sonra başlanılacaq".

Xatırladaq ki, ötən gün uzunluğu 90 m olan beynəlxalq əhəmiyyətli Qaraçay körpüsünün 33 metri dağılıb. Nəticədə magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə