Bakı və Gəncədə külli miqdarda silah aşkar edilib

Bakı və Gəncədə külli miqdarda silah aşkar edilib
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşayanlar Muraz Rəhimov və Samir Rzayev şübhəli şəxs qismində polisə gətiriliblər.

SİA-nın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Rəhimovdan 1 ədəd qumbara alışdırıcısı, Rzayevdən isə 1 ədəd qumbara aşkar edilərək götürülüb.

Rəhimovun Gəncə şəhərindəki evinə baxış zamanı, oradan atası Saray Rəhimova məxsus 2 ədəd qumbara, 1 ədəd alışdırıcı, 100 qram barıt, 1 ədəd mərmi, 603 ədəd müxtəlif çaplı patron, 1 ədəd xəncər, 1 ədəd ov bıçağı, 1 ədəd \"TOZ-8\" tüfəngi, 1 ədəd ov tüfəngi, 1 ədəd tir tüfəngi, 2 ədəd patron darağı, 1 ədəd kaska, 1 ədəd maska və zəhərli maye aşkar edilərək götürülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə