Bakıda Şəhərsalma və Tikinti Məcəlləsi üzrə İctimai Dinləmə keçirilir

Bakıda Şəhərsalma və Tikinti Məcəlləsi üzrə İctimai Dinləmə keçirilir

Amerika Ticarət Palatası Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi üzrə İctimai Dinləmə keçirir. SİA-nın xəbərinə görə, tədbir Milli Məclisi və Azərbaycan Hüquqşunaslar Konfederasiyası və Alman Beynəlxalq Əməkdaşlıq təşkilatı ilə birlikdə, Baker və MakKenzi hüquq şirkətinin maliyyə dəstəyi ilə təşkil olunub.


İctimai Dinləmədə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət quruculuğu Komitəsinin və Azərbaycan Hüquqşunaslar Konfederasiyasının İdarə Heyətinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, hazırda Məcəllə üzərində çalışan işçi qrupun rəhbəri Səyyad Kərimov, Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə rəhbəri cənab Tomas Melçer iştirak edir. Tədbirdə Biznes İctimaiyyətinin Amerika Ticarət Palatasında təmsil olunan 60 üzvü iştirakı edir.


Tədbirdə həmçinin Məcəllə layihəsinin hazırkı vəziyyəti və ona ikinci oxunuşdan əvvəl edilməsi planlaşdırılan əlavə və dəyişikliklər müzakirə edilir. İctimai Dinləmədə Məcəllə layihəsi üzərində çalışan işçi qrupun rəhbəri cənab Səyyad Kərimov və Amerika Ticarət Palatasının nümayəndəsi çıxış edir. Qeyd edək ki, çıxışlar zamanı məcəllə layihəsinin üstünlükləri və çatışmazlıqları müzakirə edilir.



Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə