Abdulla Gül: \"Biz Azərbaycanı hər zaman müdafiə edəcəyik\" - MÖVQE

Abdulla Gül: \"Biz Azərbaycanı hər zaman müdafiə edəcəyik\" - MÖVQE
Türkiyə regionda baş verən proseslərə biganə qalmayacaq. SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, bu fikri Türkiyə prezidenti Abdulla Gül Hərbi Akademiyanın müdavimlərinin qarşısında çıxış edərkən bəyan edib.

"Biz Azərbaycanı hər zaman müdafiə edəcəyik və Dağlıq Qarabağın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışacağıq", - deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə