V. Matviyenko: \"Təhsil sahəsində əməkdaşlıq yeni inkişaf dönüşü əldə edəcək”

V. Matviyenko: \"Təhsil sahəsində əməkdaşlıq yeni inkişaf dönüşü əldə edəcək”

"Bu gün mən Bakı Dövlət Universitetində olacağam və qeyd edim ki, Rusiya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq yeni inkişaf dönüşü əldə edəcək". SİA-nın xəbərinə görə, Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə verdiyi açıqlamasında bildirib.

"Bu gün Azərbaycan və Rusiyanın qarşısında iqtisadiyyatı innovativ inkişaf, elmi əsaslı texnologiya formasına çevrilmə məsələsi durur. Təbii ki, bu məsələdə bizim universitetlər çox vacib rol oynayır. Moskva Dövlət Universitetinin Bakı filialı da Bakıda çox böyük populyarlığa malikdir. Böyük sayda azərbaycanlı tələbələr Rusiya universitetlərində oxuyur. Bu da həmçinin bizim ölkələr arasında real canlı körpüdür. Bu gün bizim ölkə rəhbərliklərinin etdiklərini gələcəkdə gənclər edəcək. Buna görə də bu əlaqələri inkişaf etdirmək çox vacibir",- deyə şura sədri bildirib.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə