Müxalifət mitinq keçirib

Bibiheybət qəsəbəsində İctimai Palatanın aprelin 8-ə nəzərdə tutulan mitinqi keçirilib. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, İctimai Palatanın Bakının Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində sürücülük məktəbinin həyətindəki meydançada təşkil etdiyi icazəli mitinq insidentsiz ötüşüb.


Mitinqin sonunda qətnamə qəbul olunub.


Mitinqdə iştirakçıların gediş-gəlişi üçün hakimiyyət tərəfindən pulsuz avtobuslar təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə