Ermənistanın Gümrü hərbi anbarında yanğın olub

Ermənistanın Gümrü hərbi anbarında yanğın olub

Ermənistanın Gümri hərbi bazasının hərbi anbarında yanğın baş verib. Xəbəri Ermənistan mətbuatı da təsdiq edib. Məlumata görə, yanğın yerli vaxtla 03:49 radələrində qeydə alınıb.

Ermənistan Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olduqdan sonra yanğını söndürmək üçün hadisə yerinə 3 yanğınsöndürən avtomobil və su maşını, eyni zamanda hərbi bazanın 2 yanğınsöndürən avtomobili, su maşını, hərbçilər cəlb edilib. Yanğın saat 06:50 radələrində tamamilə söndürülüb.

Hadisənin baş vermə səbəbləri və fəsadları haqda məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə