ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistana çağırış edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Hillari Klinton Kaliforniyadan olan konqresmen Hovard Bermanın yazılı sorğusuna cavabında münaqişə tərəflərinə təmas xəttindən snayperləri geri çəkməyi çağırıb. Xanım diplomat bildirib ki, rəsmi Vaşınqton ATƏT-in Minsk Qrupunun həmsədri kimi yenə də münaqişə tərəflərinə problemi həll etmək və sülh sazişinə nail olmaq üçün bütün lazımı yardımı göstərəcək: "Biz insanların həlak olmasına təəssüflənirik. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri qurbanlardan qaçmaq və mövcud atəşkəs rejiminin daha da möhkəmləndirmək üçün addımlar atmalıdır. Xüsusən də biz münaqişə tərəflərini snayperləri qoşunların təmas xəttindən geri çəkməyə çağırırıq".
ABŞ-ın dövlət katibi həmçinin bildirib ki, münaqişənin hərbi həll yolu yoxdur: "Münaqişə yalnız sülh yolu ilə öz həllini tapa bilər. Çünki, sülhün bərqarar olması regiona təhlükəsizlik, stabillik və barışıq gətirə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB