Millət vəkili: “Azərbaycanın ermənilərə qarşı ideoloji müharibəsi artıq yeni mərhələyə qədəm qoyub”

Millət vəkili: “Azərbaycanın ermənilərə qarşı ideoloji müharibəsi artıq yeni mərhələyə qədəm qoyub”

"Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının ifşa edilməsi sahəsində xalqımız çox iş görüb. Lakin dövlətimizin, xalqımızın, eləcə də xaricdə yaşayan Azərbaycan icmasının qarşısında daha ciddi vəzifələr durur". SİA-nın xəbərinə görə, bunu millət vəkili, tarix elmləri doktoru Fəzail İbrahimli deyib. O bildirib ki, soyqırımının təşkilatçılarını və ideoloqlarını ifşa etmək Azərbaycan xalqının, onun hər bir vətəndaşının ən vacib vəzifələrindən biridir. Onun sözlərinə görə, məhz bu vəzifələrin həyata keçirilməsi müstəvisində baxsaq, soyqırımı ilə bağlı kitablar böyük əhəmiyyət daşıyır.

F.İbrahimli qeyd edib ki, Azərbaycanın ermənilərə qarşı ideoloji müharibəsi artıq yeni mərhələyə qədəm qoyub: "İlkin mərhələdə biz dünya ictimaiyyətinə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu sübut etmək istəyirdik. Bu ideoloji müharibədə artıq Azərbaycan qalib gəlib. Artıq dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıyır. Ancaq torpaqlarımız hələ ki, işğal altındadır. Ona görə də biz böyük qələbəyə qədər mübarizə aparmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə