Azərbaycan Xəzər neftinin Avropaya Krım vasitəsi ilə tranziti məsələsinə baxır
Azərbaycan Xəzər neftinin Avropaya Krım vasitəsi ilə tranziti məsələsinə baxır və yarımadanın şimal hissəsində neft emalı zavodunun tikintisində maraqlıdır. Bu barədə Simferoplda keçirilən mətbuat konfransı zamanı Krımın baş naziri Anatoli Moqilev bildirib. Martın 20-də Moskvada MDB ölkələrinin beynəlxalq iqtisadi forumunun yekunlarından danışan Moqilev bildirib ki, Krıma olan maraq artıb. Onun sözlərinə görə, forum çərçivəsində Rusiya Federasiyası, Azəbaycan və Qazaxıstan nümayəndələri ilə danışıqlar aparılıb. İlkin razılaşmaya görə, aprelin ortalarında bu ölkələrin biznes dairələrindən ibarət nümayəndələr Krıma gələcək.
Moqilev bildirib ki, bundan başqa Azərbaycan nümayəndələri ilə Bakı-Simferopol birbaşa aviareysinin açılması məsələsi də müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB