Türkiyənin tanınmış qəzetlərində Azərbaycanla bağlı maraqlı məqalələr dərc olunub - FOTO

Türkiyənin tanınmış qəzetlərində Azərbaycanla bağlı maraqlı məqalələr dərc olunub - FOTO

Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olan türk yazarı Hayrettin Turan Türkiyənin tanınmış qəzetlərində Azərbaycanla bağlı maraqlı məqalələr dərc etdirib. SİA-nın verdiyi xəbərə görə, qardaş ölkənin nüfuzlu qəzeti respublikamızda gedən inkişaf proseslərini millət vəkili Qənirə Paşayevadan götürüb və geniş müsahibə ilə öz oxucusuna çatdırıb.

"Türk Ocaqları"nın yaranmasının 100-cü ildönümü münasibətilə düzənlənən tədbirlərdə iştirak etmək üçün bu günlərdə Bakıya gəlmiş Türkiyə nümayəndə heyətinin üzvü, "Türkiyə" qəzetinin tanınmış yazarı Hayrettin Turan ölkəsinə döndükdən sonra səfər təəssüratlarını, yazarı olduğu qəzetdə geniş şəkildə işıqlandırıb.

"Türk Ocaqları 100 illiyini Bakıda qeyd etdi", "Bakı yeni çöhrəsi ilə EVROVİZİONa hazırdır", "Türkiyə sevgisi genetikimizdə var" və digər adlar altında verilmiş məqalə və müsahibələrdə paytaxt Bakıda, ümumən Azərbaycanda gedən inkişaf, tərəqqi, Azərbaycan-Türkiyə münasibətlərinə, Türk Dünyasının birlik və bərabərliyinə Azərbaycan insanının dost məhəbbəti və qardaş yanğısı ilə yanaşması öz əksini tapıb.

"Türk Ocaqları"nın 100 illik yubileyinin Bakıda coşğulu törənlərlə qeyd olunduğunu vurğulayan müəllif, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun sədri dr. Necdət Ünüvarın yubiley tədbirlərində iştirak etmək üçün Bakıya gəlməsinə, onların çıxışlarında vurğulanan olumlu mesajlara diqqət çəkərkən, yüksək səviyyəli Azərbaycan parlament və hökumət təmsilçilərinin, ictimai qurumların, təhsil ocaqları və KİV-in göstərdiyi böyük diqqət və marağı ayrıca vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva ilə geniş müsahibə təqdim edən Hayrettin Turan xanım millət vəkilinin Azərbaycanda gedən inkişaf, dövlətin mədəniyyətə verdiyi böyük önəm, o cümlədən "Eurovizion-2012" ilə bağlı həyata keçirilən irimiqyaslı işlər, eləcə də Azər­baycan-Türkiyə dostluq və qardaşlığının bu günü və perspektivləri, ümumtürk birliyinin vacibliyi, Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin nəticələri, Azərbaycan insanının qardaş dövlət və xalqlardan haqlı gözləntiləri barədə fikirlərini işıqlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə