Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisinə 3 milyon manat ayrıldı

Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisinə 3 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Sərəncamda on altı min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Balakən rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılması qeyd olunur.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə