Cəzaçəkmə müəssisələrində məhkumlara hüquqi yardımlar göstərilir

Cəzaçəkmə müəssisələrində məhkumlara hüquqi yardımlar göstərilir

Azərbaycanda cəza sisteminin humanistləşdirilməsi, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının Avropa standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələrini verir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, beynəlxalq və yerli təsisatların ümumi qənaətinə görə Azərbaycanın azadlıqdan məhrumetmə yerləri bir çox istiqamətlər üzrə Avropa standartlarına tam cavab verir. Elə istiqamətlər də vardır ki, həmin sahələrdə, ümumiyyətlə, Azərbaycan nümunə və model rolunu oynayır.

Həyata keçirilən bu islahatlarda məhkumların islah edilməsində ictimaiyyətin iştirakını təmin edən və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə də yaxından iştirak edir.

Ədliyyə naziri Fikrət Məmmədovun İctimai Komitənin üzvləri ilə görüşündə verdiyi tövsiyələrdən biri də məhkumlara, xüsusən də maddi təminatı olmayan məhkumlara hüquqi və zəruri hallarda psixoloji yardımların göstərilməsidir. Bu tövsiyələrdən irəli gələrək Ədliyyə Naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə 2012-2013-cü illərdə cəzaçəkmə müəssisələrində ehtiyacı olan məhkumlara hüquqi yardımlar göstərməyi planlaşdırır.

Hüquqi yardımların göstərilməsinə vəkillər kollegiyasının üzvü olan və Penitensiar sistemdə islahatlara dəstək verən vəkillərin də iştirakı nəzərdə tutulub. Artıq 10 saylı cəzaçəkmə müəssisəsində İctimai Komitənin üzvləri tərəfindən məhkumlara hüquqi yardım göstərilmiş və onların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə