Azərbaycan prezidenti İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, informasiya texnologiyaları sahəsində istehsal yönümlü fəaliyyətin dəstəklənməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərə təkan vermək üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb.
Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamənin layihəsini və ölkədə informasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB