Bayram günüdə Azərbaycan ordusu ictimaiyyətin diqqətindən kənarda qalmayıb. Bir qrup Ağdamdan olan ziyalılar cəbhə bölgəsində "N" saylı hərbi hissəsinin cəbhə bölgəsində xidmət edən əsgərlərlə birgə olub. Rayon icra hakimiyyəti əsgərlərə bayram sovqatı aparıb.
Düşmənlə ilə üzbəüz bir an belə gözünü qırpmadan səngərdə keşik çəkən hərbçilərimiz Novruz bayramını yüksək əhval-ruhiyyə ilə keçiriblər.
Azərbaycan ordusunun günü-gündən gücləndiyini deyən qonaqlar bildirib ki, bu gün burda xidmət edən hərbicilərimiz ali baş komandanın göstərişi ilə düşmən tapdağı altında olan torpaqlarımızı hər an işğaldan azad etməyə hazırdır .
Qeyd edək ki, rayon incəsənət xadimlərinin təşkil etdiyi bayram konsertində əsgərlərimiz əl qaldırıb oynayaraq, bayram sevincinə qarışıblar.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB