Bəkir Bozdağ: \"Türkiyə Qarabağ probleminin həllində Azərbaycana hərtərəfli dəstək verir\"
\"Dağlıq Qarabağ müsəlman, türk, azəri torpağıdır və haqsız şəkildə işğal altında saxlanılır\". SİA-nın xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib. Onun sözlərinə görə, rəsmi Ankara işğalın sona çatması, problemlərin həll olunmasının tərəfdarıdır. Türkiyəli diplomat deyir ki, Türkiyə Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycana hərtərəfli dəstək verir və dəstəyini davam etdirəcək.
O, qeyd edib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır: "Ermənistan Dağlıq Qarabağdan çəkilmədikcə, azərbaycanlıların hüquqları təmin olunmayınca, Türkiyə-Ermənistan münasibətləri normallaşmayacaq. Biz bu münaqişənin tez zamanda sülh yolu ilə həll olunmasını istəyirik və bu istiqamətdə səylərimizi davam etdirəcəyik".
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB