Mehriban Əliyeva \"Eurovision\" tarixini əks etdirən sərgi ilə tanış olub - FOTO
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakı Biznes Mərkəzində "Eurovision" mahnı müsabiqəsinin tarixini əks etdirən sərgi ilə tanış olub. SİA-nın verdiyi məlumata görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva əvvəlcə mərkəzin həyətində yeni gətirilən avtobuslarla tanış olub.
Azərbaycanın birinci xanımına məlumat verilib ki, 49 yerlik bu avtobuslar Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi zamanı Azərbaycana gələn nümayəndə heyətlərinə xidmət göstərəcək. Hər nümayəndə heyətinə bir avtobus ayrılıb. Bildirilib ki, fiziki imkanları məhdud insanlara xidmət edəcək yeni "Şatl bus" adlı nəqliyyat vasitələrinin də Azərbaycana gətirilməsi nəzərdə tutulub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərkəzdəki şərait və "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar yaradılan işçi qrupunun fəaliyyəti ilə tanış olub.
Birinci mərtəbədəki stendlərə baxış zamanı Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, mərkəzdə 100-dən artıq mütəxəssisin fəaliyyət göstərməsi nəzərdə tutulub. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən guşələrə baxan Mehriban Əliyeva milli musiqi alətlərimizin də yer aldığı stend ilə tanış olub. Burada milli musiqi alətlərimizin tarixi barədə ətraflı məlumatlar yer alıb.
Sonra Azərbaycanın birinci xanımı elektron tablo vasitəsilə həyata keçirilən əməliyyatlara baxıb. Bu tablolarda elektron biletlərin satışı prosesi göstərilir.
Bakı Biznes Mərkəzində "Eurovision-2012" mahnı müsabiqəsi zamanı yerli və xarici jurnalistlərin fəaliyyət göstərəcəyi konfrans zalı da var. Zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Media nümayəndələrinin rahat işləməsi üçün sürətli Wi-Fi şəbəkəsi də qurulub.
Mehriban Əliyeva "Eurovision" mahnı müsabiqəsinin tarixini - başlandığı 1956-cı ildən 2011-ci ilədək dövrü əks etdirən stendə də baxıb. Heydər Əliyev Fondunun prezidentinə müsabiqənin müxtəlif illərində qalib olan ölkələrin nümayəndələri haqqında məlumat verilib. Stenddə ötən il Azərbaycana qələbə qazandırmış Eldar Qasımov və Nigar Camalın fotoları da yer alıb.
İkinci mərtəbə ilə də tanış olan Azərbaycanın birinci xanımı konfrans zallarına baxıb, müsabiqənin keçirilməsi ilə bağlı təşkilati məsələlərə dair sənədlərlə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB