İlham Əliyev Niderland Krallığının infrastruktur və ətraf mühit nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, xanım Melanie Schultz van Haegen-Maas Geesteranus Niderlandın Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Niderlandlı nazir ölkəsinin Bakıda, Azərbaycanın isə Haaqada səfirliyinin fəaliyyət göstərməsinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd edib. Nazir iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayıb. Dövlətimizin başçısı Niderland Krallığının infrastruktur və ətraf mühit nazirinin iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu ifadə edib və səfərin ölkəmizi yaxından tanımaq üçün qonaqlara yaxşı fürsət yaradacağını dedi. Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə keçirdiyi görüşləri və əməkdaşlığımızın inkişaf etdirilməsinə dair səmərəli müzakirələr apardığını xatırladıb.
Dövlətimizin başçısı səfirliklərin fəaliyyətə başlamasından sonra ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən su təsərrüfatı, infrastruktur, ekologiya, nəqliyyat və digər sahələrdə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Niderland Krallığı Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazirə çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB