Türkiyənin \"Milliyet\" qəzeti Fransa prezidenti barəsində maraqlı ifadə işlədib. Həmin cümlənin orijinalı belədir: "Bu Sarkozi de cocuk gibi bir şeye takdımı takır".
Qəzet yazır ki, bu gün Sarkozi erməni soyqırımını inkar edənlərə cinayət işinin açılmasını qanuniləşdirən layihəni Konstitusiya Şurasından keçirə bilmədiyi üçün çox əsəbidir. Sanki ölüm-dirim savaşına çıxıb. Senatorlarla danışıqlar aparır, məsələyə fərqli tərəfdən yanaşmağı tövsiyyə edir. Baxmayaraq ki, seçki təbliğatı özünün pik nöqtəsinə yaxınlaşıb, Sarkozi isə "erməni soyqırımı" məsələsində məğlubiyyətinin əvəzini çıxmağa çalışır. Fransa tarixinə düşəcək nə qədər səhv şey varsa hamısını qanuniləşdirmək istəyir.
Baş verən hadisələri şərh edən qəzet yazır ki, qanun layihəsini Senata təqdim edən qadın millət vəkili sənəd senatorların razılığını alınca sevinc gözyaşlarını saxlaya bilmədi. Konstitusiya Məhkəməsinin veto qərarından sonra isə ədalətin yumruğunu yediyi üçün gözyaşı tökdü.
Sarkoziyə gəlincə, Fransanın indiki prezidenti yəqin ki, öz postunu artıq itirib. Seçicilərin onun tərəfində durmadığı məlumdur, müsyö Nikolyanın ermənilərə bağladığı ümid kəndiri də qırıldı. Bundan sonra Sarkozinin Fransaya rəhbərlik etməsi bu ölkə üçün təhqir sayıla bilər. Ona görə, gəlin seçicilərin "gülə-gülə, Sarkozi" təklifini biz də dəstəkləyək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB