Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 22-dən 29-dək Almaniyada keçirilən tədbirlərin yekunlarına dair mətbuat konfransı təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu qeyd edib ki, fevralın 23-də Berlin şəhərində anım mərasimi keçirilib: "Səmimi etiraf edirik ki, alman xalqının bizə isti münasibətinin yaranmasında ölkəmizin Almaniyadakı səfirliyinin, Almaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Mərkəzinin və digər soydaşlarımızın rolu böyükdür. Tədbirin ən maraqlı anlarından biri professor Rüdiqer Kipkenin "Azərbaycan-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi", kanadalı jurnalist Skot Teylorun "Barışmaz zidiyyətlər-Türkiyə, Ermənistan və Azərbaycan" kitablarının təqdimatı oldu".
Tədbirdə çıxış edən Şamil Sabiroğlu bildirib ki, Xocalı soyqırımı zamanı doğmalarını itirən bir qrup uşaq 1994-cü ildə Almaniyada reabilitasiya dövrü keçib: "18 ildən sonra həmin uşaqlardan Elməddin Bağırov, Aliyə Abışova, Seymur Çobanov, Tacir Əzizov, İbrahim Həsənov onlara ata-ana kimi qayğı göstərən insanlarla görüşüblər".
Konfransda həmçinin qeyd olunub ki, səfər zamanı keçirilən tədbirlərdə "Qaçqın Anar Usubovun uzun sürən səyahəti" və "Biz geri qayıdacağıq" filmlərinin nümayişi olub.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB