Sumqayıt dünyanın ən eybəcər şəhərləri sırasına düşüb

Sumqayıt dünyanın ən eybəcər şəhərləri sırasına düşüb
Avstraliyanın səyahət saytı "travel.ninemsn.com.au" dünyanın 7 ən eybəcər şəhərini müəyyənləşdirib. SİA-nın məlumatına görə, siyahıda birinci yeri Azərbaycanın Sumqayıt şəhəri göstərilib. Sumqayıtı təsvir edən məqalədə yazılıb: "Neft paytaxtı olan Bakı Sumqayıtla müqayisədə utopik dərəcədə müsbət görünür. Sumqayıt böyüklüyünə görə, Azərbaycanın üçüncü şəhəridir. Dəniz sahilində yerləşən bu şəhər nə vaxtsa kurort şəhəri olmalıydı. Ancaq bura sənayeni köçürdülər. Sovet İttifaqı Sumqayıtdan kimyəvi məhsullar mərkəzi düzəltmək qərarına gəldi. Nəticədə şəhər paslanmış kimya zavodları, çirkli borular şəhərinə çevrildi. Şəhərin görməli yerləri içərisində "Uşaq qəbiristanlığı"na rast gəlmək olar. Bura ətraf mühitin çirklənməsi nəticəsində fiziki eybəcərliklər və psixi çatışmazlıqlarla doğulan minlərlə uşağa məzar olub".


Siyahıda Qvatemalanın Qvatemala Siti, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad, Moldovanın Çisnau, Perunun La Oroya, Myanmanın Neypido və Paraqvayın Syudad-Del-Este şəhərləri yer alıb.


Bütün xəbərlər Facebook səhifəmizdə