Həmsədrlər insidentlərin araşdırılmasına dair mexanizmlərin ilkin variantını münaqişə tərəflərinə təqdim ediblər
\"ATƏT-in Minsk qrupunun həmsədrləri insidentlərin araşdırılmasına dair mexanizmlərin ilkin variantını münaqişə tərəflərinə təqdim ediblər\". SİA-nın xəbərinə görə, bu sözləri rusiyalı həmsədr İqor Popov deyib. Onun sözlərinə görə, insidentlərin araşdırılması mexanizmlərinə dair sənəd üzərində iş davam edir.
Rusiyalı diplomat həmçinin qeyd edib ki, prezidentlərə məlum sənədlə bağlı görülən işlər barəsində məlumat verilib: "Hazırlanmış sənəd ATƏT-in hərbi ekspertlərinə təqdim olunub, gözlənilir ki, onların rəyi martın sonlarına qədər məlum olacaq. Hərbi ekspertlər sənəd üzərində işi başa çatdırandan sonra Vyanada həmkarlarımla birgə nəticələri müzakirə edəcəyik. Bundan sonra sənəd tərəflərə təqdim olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB