Hacıbala Abutalıbov: “Xətai rayonunda sürüşmə ilə bağlı elə də ciddi təhlükə yoxdur” - AÇIQLAMA
Bakının Xətai rayonunda yerləşən yaşayış massivində təhlükəli vəziyyət yaranıb. Sürüşmə təhlükəsi ilə əlaqədar bu gün ərazidə müşavirə keçirilib. Əhalinin köçürülməsinə başlanılıb. Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə təhlükəsi ilə əlaqədar olaraq, ərazidəki 9 mərtəbəli iki binanın sakinləri günorta saatlarından sonra köçürülməyə başlanıb.
Əhalinin binalardan çıxarlamsını təmin etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə dəstələri cəlb edilmişdi. Təhlükəsiliklə əlaqədar olaraq hər iki binada işıq, qaz və suyun verlişi dayanadırılıb. Bina sakinləri isə evlərindən köçmək istəmirdilər.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib ki, sürüşmə ilə bağlı elə də ciddi təhlükə yoxdur. Sadəcə geoloji proseslərin nəticələri tam aydın olana qədər sakinlər təhlükəsizlikləri üçün binadan köçürülüb.
H.Abutalıbov deyib ki, ən geci 1 həftəyə sakinlər öz evlərinə qaytarılacaq. Artıq binaya gedən elektrik enerjisi, su və qaz xətləri kəsilib. Onun sözlərinə görə, qalmağa yerləri olmayan sakinlər müvafiq yerlərdə yerləşdirilir.
Bakı meri bildirib ki, sürüşmə zonasında olan 58 binanın zirzəmisində artıq yoxlamalar aparılıb. Bunlardan cəmi birində - 57 saylı binanın zirzəmisində su sızması qeydə alınıb və bunun qarşısının alınması üçün lazımi tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev isə bildirib ki, sürüşmə getdikcə aktivləşir, çatlar böyüyür: "Sabah sürüşmə zonasında qazıntılar aparılaraq geoloji işlərə başlanılacaq. Sürüşmə zonasında bərkitmə işlərinin aparılması üçün 100 maşın torpaq gətiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB