Elmar Məmmədyarov Çexiya Respublikasına işgüzar səfər edəcək

Elmar Məmmədyarov Çexiya Respublikasına işgüzar səfər edəcək

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov 4 mart 2012-ci il tarixində Vışeqrad Qrupu, Danimarka, Baltikyanı və Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Çexiya Respublikasına işgüzar səfər edəcək. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı Nazir Elmar Məmmədyarovun QUAM-a üzv olan ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirməsi, eyni zamanda Vışeqrad Qrupu, Danimarka, Baltikyanı ölkələri və Şərq Tərəfdaşlığın nümayəndə heyətlərinin başçılarının iştirakı ilə işgüzar nahara qatılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə