Martın 4-də Bakıdan bir qrup nümayəndə Dağlıq Qarabağa səfərə gedəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə səfərdə iştirak edəcək Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.
O bildirib ki, bir gün nəzərdə tutulan səfər zamanı gözlənilməz problemlərin yaranması istisna edilmir. E.Eyvazlınun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən təşkil olunacaq səfərdə Azərbaycan Parlament Juranalistlər Birliyinin 15 üzvü iştirak edəcək.
E.Eyvazlı deyib ki, səfərə Azərbaycan Milli Məclisinin bir neçə deputatı da qatılacaq.\"Səfərlə bağlı qayıdandan sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB