\"İranda keçiriləcək seçkilər və onun Güney Azərbaycana təsiri\" mövzusunda dəyirmi masa keçirilib
"Orta doğuda baş verən hadisələr İrana tərəf gəlməkdədir. İran bu gün sözün əsl anlamında hədəfdədir". SİA-nın xəbərinə görə, bu sözlər bu gün "Böyük Azərbaycan Ocaqları" İctimai Birliyinin \"İranda keçiriləcək seçkilər və onun Güney Azərbaycana təsiri\" mövzusunda keçirdiyi dəyirmi masa zamanı səslənib.
Toplantıda məruzəçi qismində çıxış edən tarix elmləri doktoru, professor Nəsib Nəsibli bildirib ki, İranı hazırda qıcıqlandıran və narahat edən əsas məsələ onun dünya miqyasında müttəfiqlərinin olmamasıdır. "Bundan da irəli gələrək demək olar ki, bu gün əsas müzakirə mövzusu İranın bir dövlət kimi qalıb-qalmayacağı məsələsidir".
Dəyirmi masa zamanı bildirilib ki, dövlət başçısı Mahmud Əhmədinejatın dini liderlə çəkişmələrinin və onlardan əlavə üçüncü qüvvənin də ölkə ərazisində mövcudluğunun İranda pərakəndəliyin yaranmasına gətirb çıxaracağı gözlənilir.
Toplantıda çıxış edən "Borçalı" Cəmiyyətinin İctimai əlaqələr üzrə sədr müavini Zahir Əlisoy isə qeyd edib ki, "Biz İrana orada yaşayan azərbaycanlıların farslaşdırılıması imkanını tanımamalıyıq. Bu gün Azərbaycanın birləşməsi tək Bakı və Təbriz sərhədlərində olmamalıdır. Biz bütöv Azərbaycan naminə var qüvvəmizi ortaya qoymalıyıq. İranda yaşayan etnik azlıqlarla bərabər türklər də var ki, hazırda onların varlığı İrana dəstəkdir".
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB