Orta Doğu Texniki Universitetində Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Orta Doğu Texniki Universitetində Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Türkiyə paytaxtı Ankara şəhərindəki Orta Doğu Texniki Universitetində Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirə Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli filmin nümayişi ilə start verilib

Konfransda Milli Məclisin deputatı Qənirə Paşayeva, professorlar Hamid Bağçı və Hamidulla Mehrabov çıxış edərək, Azərbaycanda, Anadolu torpaqlarında ermənilər tərəfindən törədilmiş qətliamlardan bəhs etmiş, bu faciələrin dünya ictimaiyyətinə anladılması üçün gənclərin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıblar.

Çıxışlardan sonra səfir Faiq Bağırov gənc ssenarist Nazim Muradovun qələmə aldığı "Xocalı Haykırışı" adlı teatr əsərini canlandıran Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə Səfirliyin hədiyyələrini təqdim edib.

Konfransda tələbələrin hazırladıqları və Xocalı faciəsindən bəhs edən tamaşa təqdim olunub, "Xocalıya ədalət" kampaniyası çərçivəsində imza toplanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə