Aydın Mirzəzadə: “Xocalı faciəsi erməni xalqının, erməni ziyalılarının üzərindən heç vaxt silinməyəcək bir qara ləkədir”

Aydın Mirzəzadə: “Xocalı faciəsi erməni xalqının, erməni ziyalılarının üzərindən heç vaxt silinməyəcək bir qara ləkədir”

"Azərbaycan xalqının faciəsi olan Xocalı soyqırımı zaman keçdikcə artıq bəşəriyyətin ən ağır insan faciələri sırasında önəmli yerlərdən birini tutur". SİA-nın xəbərinə görə, Milli Məclisin bugünkü iclasında deputat Aydın Mirzəzadə belə deyib. O bildirib ki, bu gün Xocalı soyqırımı Holokost faciəsi ilə yanaşı çəkilir: "Erməni silahlılarının bu soyqırımı törətməkdə əsas məqsədi Azərbaycan xalqında bir xof yaratmaq, hakimiyyətsizlik və perspektivi görünməyən bir bölgədə qısa zamanda Azərbaycan torpaqlarına sahib olmaqdan ibarət idi. Bu faciəni törətməklə ermənilər özlərinin iç simasını açmış oldular. Heç təsadüfi deyil ki, bunlardan bir qədər sonra erməni millətçiliyinin ideoloqlarından biri olan yazıçı Zori Balayan özünün Xocalı faciəsində birbaşa iştirakı haqqında xatirələrini açıq bölüşdü. Ermənistanın indiki prezidenti Serj Sarksyan isə müsahibələrinin birində deyib ki, biz azərbaycanlıların inanmadıqları bir işi gördük, biz stereotipi dağıtdıq, biz dinc əhaliyə qarşı divan tutduq. Bu onu göstərdi ki, biz qaniçən, vəhşi, heç bir beynəlxalq qanunları tanımayan təhlükəli düşmənlə üz-üzəyik".

Millət vəkili Xocalı faciəsini Ermənistanın vizit kartı, erməni xalqının, erməni ziyalılarının üzərindən heç vaxt silinməyəcək bir qara ləkə olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə