Mais Səfərli: “Müxalifət uzun illərdir seçkilərdə uduza-uduza gedir” - MÜNASİBƏT
Bu gün AXCP kimi partiyalar cəmiyyət tərəfindən dəstəklənməyən qurumlardır. Əksinə bunlar getdikcə öz üzvlərini, silahdaşlarını itirirlər. Bunu SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli fevralın 18-də AXCP-nin keçirdiyi müşavirə zamanı sədr Əli Kərimlinin söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
Partiya sədri bildirib ki, bu sadəcə olaraq boş sözlərdən başqa bir şey deyil: \"Təkcə, son 10 ildə AXCP-də o partiyanın qurucuları olan görkəmli siyasətçilər bu partiyanı tərk edib gediblər. Bu məqsədlə də partiyanın liderləri tez-tez bu məsələ ətrafında fikir mübadiləsi apararaq cəmiyyətə bir növ mesaj verirlər ki, guya bunların partiyalarına axın var və s. Sadəcə məntiq özü bunu inkar edir. Çünki o yerə, o siyasi qüvvələrə axın var ki, orada prespektiv, inkişaf var. Lakin bu partiyalarda heç bir inkişafdan söhbət belə gedə bilməz. Həmin partiyaların özündə sanki bir durğunluq hökm sürür".
Mais Səfərli bildirib ki, müxalifət uzun illərdir müxtəlif səviyyəli seçkilərdə uduza-uduza gedir: \"Əslində normal demokratik ölkələrdə həmin partiyaların liderləri istefa verməli idilər. Yaxşı olardı ki, onlar bu partiyaları tərk edərdilər. Lakin buna baxmayaraq onlar sədr kürsüsündə rahat oturmağa başlayıblar. Belə olan halda sual ortaya çıxır. Bəs insanlar bu partiyalara nəyə görə üz tuturlar? Üz tuturlar ki, onlar bir növ həmin partiyalar vasitəsilə siyasi hakimiyyətin müxtəlif qollarında təmsil olunsunlar, hakimiyyətə gəlsinlər və s. Bununla belə hansı səbəbə görə, o partiyaların görkəmli qurucuları buradan uzaqlaşdı? Çünki orada heç bir prespektivdən söhbət belə gedə bilməz. O, partiyalar getdikcə, cəmiyyətdə olub qalan nüfuzlarını da itirməyə başlayıblar. Məhz buna görə də həmin çıxışlar, pafoslu sözlər sadəcə olaraq özlərinin uğursuzlarını ört-basdır etmək üçündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB