Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasını qətlə yetirən şəxs həbs olunub. Binəqədi Rayon Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, rayon polisi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində mərhumun qatili onun qonşusu, 23 yaşlı Natiq Hümbətov olduğu müəyyənləşib. Artıq N. Hümbətov polis tərəfindən saxlanılıb. O, ilkin dindirilmə zamanı hadisəni qarət məqsədi ilə törətdiyini etiraf edib.
Qeyd edək ki, qətl hadisəsi Azadlıq prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılova naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirildikdən sonra mənzil yandırılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını ala biliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB