Elmar Məmmədyarov G-20-nin ikinci sessiyasında aparıcı spiker kimi iştirak edəcək

Elmar Məmmədyarov G-20-nin ikinci sessiyasında aparıcı spiker kimi iştirak edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələri nazirlər toplantısının Meksikada keçiriləcək ikinci sessiyasında aparıcı spiker kimi iştirak edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, E. Məmmədyarov bu gün Mexikoda nazirlərin G-20 çərçivəsində qeyri-formal görüşü zamanı keçiriləcək \"Cari qlobal çağırışların effektiv həll olunması\" mövzusunda ikinci sessiyada aparıcı spiker olacaq.


Azərbaycanın ilk dəfə qatılacağı G-20 toplantısında ölkəni xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə