Politoloq: \"“Avroviziya” mahnı müsabiqəsinin bizim üçün çox böyük əhəmiyyəti olacaq” - MÜNASİBƏT
Azərbaycanda iqtisadi inkişaf tempi mövcuddur. Ölkəmiz Cənubi Qafqaz regionunda iqtisadi cəhətdən inkişaf etmiş lider dövlətdir. Məhz Azərbaycanda bu potensiala uyğun olaraq quruculuq, infrastruktura işləri davam etməkdədir. Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli bildirib.
Politoloq: "Azərbaycan 1996-cı ildən iqtisadiyyatını bərpa edib və artıq ölkədə iqtisadi inkişaf modeli formalaşıb. "Avroviziya-2012\" mahnı müsabiqəsi elə bir yarışmadır ki, buna tək musiqi gözü ilə baxmaq düzgün olmazdı. May ayında keçiriləcək bu yarışmada Azərbaycan dövləti öz üzərinə düşən bütün lazımi addımları atmalıdır ki, ən azından buna hazır bir vəziyyətə gəlib çatsın. Əgər biz bu müsabiqəyə hazır olmasaydıq ümumiyyətlə, bizim bu tədbirdə iştirakımız mənasız olardı. Bu yarışmanın yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə kifayət qədər iqtisadi imkanlar mövcuddur. May ayına qədər dövlətimiz tərəfindən atılacaq addımlar da məhz bu yarışmanın yüksək səviyyədə təşkil olunmasına hesablanıb", deyə bildirib.
Politoloq qeyd edib ki, erməni mətbuatı və dünyada mövcud olan erməni lobbisi, diasporu uzun müddət beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istəyirdilər ki, Azərbaycan mentalit mövqedədir, münaqişənin həllini istəmir: \"Bir sözlə bizim haqqımızda mənfi bir imic formalaşdırmağa cəhd ediblər. Hesab edirəm ki, bu "Avroviziya" mahnı müsabiqəsinin bizim üçün çox böyük əhəmiyyəti olacaq. Çünki bu yarışma bir növ erməni təbliğatı maşınını iflasa uğradacaq. Erməni KİV-i gecə-gündüz ölkəmizə qarşı antiAzərbaycan siyasəti aparmağa çalışsa da həmin yazıları oxuyan kəs Azərbaycana gəlib, inkişafı öz gözü ilə gördükdən sonra ona bütün məsələlər məlum olacaq və ermənilərin təbliğat maşını öz əhəmiyyətini itirəcək\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB