Bakıda “Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr” mövzusunda dəyirmi masa keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda “Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr” mövzusunda dəyirmi masa keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

Yeni Azərbaycan Partiyası (YAP) "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda dəyirmi masa keçirib.

SİA-nın verdiyi xəbərə görə, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov tədbirdə çıxışı zamanı bildirib ki, "Azərbaycan 2020 konsepsiyası" çərçivəsində ölkənin bütün sahələrində olduğu kimi təhsil sahəsində də mühüm addımlar atılacaq. Onun sözlərinə görə, ilk növbədə Azərbaycan milli təhsilinin inkişafında yeniliklərə, daha düzgün hədəflərə çatmaq üçün mühüm işlərə imza atılacaq: \"Azərbaycan təhsil sahəsində son illər çox mühüm işlər aparılır. Bu gün təhsilin inkişafına diqqət və qayğı Azərbaycan dövlətinin prioritetlərindən hesab olunur".

Daha sonra tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov isə öz növbəsində bildirib ki, Azərbaycanda təhsili inkişaf etdirmək üçün tələbə qəbulu sistemini dəyişmək qarşıya məqsəd kimi qoyulub: "Tələbə qəbulu prosesində tətbiq edilən test üsulunun çox böyük üstünlükləri var, lakin üzbəüz imtahan olmasa, bir sıra peşələrə yiyələnməyə qadir olan insanları seçmək mümkün olmur".

Nazir həmçinin qeyd edib ki, Tibb Universitetini bitirən tələbələr kimi, pedaqoji ixtisasları bitirən tələbələr də əlavə olaraq 1 illik internatura keçəcəklər: \"Bu bütün dünyada tətbiq olunur. Ali məktəbi bitirən kimi, məktəbdə dərs deməyə buraxmaq olmaz\".

M. Mərdanovun sözlərinə görə, Azərbaycanın bütün universitetlərində maddi texniki bazanın yaxşılaşdırılması ilə bağlı işlər görülüb və görülür: Onun sözlərinə görə, Bakının mərkəzində yerləşən bir neçə ali məktəb üçün şəhərdən kənarda kampuslar yaradılır. Nazir həmçinin bildirib ki, artıq neçə ildir ki, ali məktəblərdə adambaşına maliyyələşmə keçidi aparılır: \"Yaxın günlərdə Maliyyə Nazirliyi, TQDK, İqtisadi İnkişaf Nazirliyi və rektorlarla birgə kollegiya iclası keçirilərək əldə olunan nəticələr və problemlər müzakirə olunacaq\".


Könül Kamilqızı


Bütün xəbərlər Facebook səhifəmizdə