İtaliyada “Azərbaycanda demokratik institutlar və insan hüquqları” mövzusunda konfrans keçirib
Fevralın 14-də beynəlxalq əlaqələr sahəsində İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu Roma şəhərində "Azərbaycanda demokratik institutlar və insan hüquqları" mövzusunda konfrans keçirib. Azərbaycanın İtaliyadakı səfirliyindən SİA-ya verilən xəbərə görə, tədbiri BMİ-nin direktoru, professor Ettore Qreko açıb. Daha sonra BMİ-nin direktor müavini xanım Natali Toççi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza, Beynəlxalq Böhran Qrupunun (International Crisis Group) Cənubi Qafqaz üzrə layihə rəhbəri Laurens Şits və Azərbaycan Diplomatik Akademiyasının beynəlxalq əlaqələr fakültəsinin dekanı Anar Vəliyev çıxış ediblər.
Tədbirə İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri qatılıb.
Bu konfrans BMİ-nin Azərbaycanla bağlı keçirməyi planlaşdırdığı silsilə tədbirlərin üçüncüsüdür. İl ərzində BMİ tərəfindən başqa mövzuda konfransların keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB