Siyavuş Novruzov: \"Bələdiyyə üzvlərinin sayı azaldılmalıdır\"

Siyavuş Novruzov: \"Bələdiyyə üzvlərinin sayı azaldılmalıdır\"

"Bələdiyyələrlə bağlı kifayət qədər qanun var". SİA-nın xəbərinə görə, bunun Milli Məclisin bugünkü iclasında millət vəkili Siyavuş Novruzov səsləndirib.

Millət vəkili bildirib ki, Azərbaycanda bununla bağlı 20-dən çox qanun var ki, ən qabaqcıl ölkələrdə belə bu qədər qanun yoxdur: "Qarşıdan 2014-cü ildə bələdiyyə seçkiləri gəlir. Hesab edirəm ki, bu istiqamətdə islahatlar keçirilməli, qanunlar təkmilləşdirməlidirlər".

Siyavuş Novruzovun sözlərinə görə, bələdiyyə üzvlərinin sayına görə Azərbaycan dünyada ön yerlərdə gedən ölkədir: "Misal üçün Yasamal bələdiyyəsinin 18 üzvü var. Amma onlar nəinki camaatın, heç öz problemlərini də həll edib qurtara bilmirlər. Hesab edirəm ki, ümumiyyətlə bələdiyyə üzvlərinin sayı azaldılmalıdır".

Milli Məclisin Regional məsələlər üzrə komitəsinin sədri Arif Rəhimzadə Ədliyyə Nazirliyinin və həmin qurumun bələdiyyələrlə iş üzrə mərkəzinin işlərini hesabat hazırlamaqla kifayətləndirdiklərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə